Gəncədə qətl törədib qaçan şəxs Bakıda tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinə martın 23-də saat 23 radələrində şəhər sakini, 31 yaşlı Abbas Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Şəhərin polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla A.Əliyevin həmyerlisi, əvvəllər məhkum olunmuş E.Quliyev tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev paytaxtın Binəqədi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.