Tərtərdə silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xİdmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Suqovuşan qəsəbəsindən silah-sursat aşkar edilib.

Tapılan 1 avtomat, 2 daraq və 46 ədəd patron aidiyyəti üzrə təhvil verilib.