"Foo Fighters" qrupunun baraban ifaçısı Teylor Hokins 50 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, o, Cənubi Amerikada qastrol səfərində dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil. 

Qeyd edək ki, 2005-ci ildə Böyük Britaniyanın "Rhythm" jurnalı Hokinsi "Ən yaxşı baraban ifaçısı" adlandırıb.