Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Unikal"-a verilən xəbərə görə, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Sumqayıt şəhər sakinləri Azad İsrafilov və Vaqif Cəfərov tutularaq istintaqa təqdim ediliblər.
Onların üzərindən və yaşadıqları evlərdən satış üçün əldə etdikləri 500 qrama yaxın heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub.

Azad İsrafilov və Vaqif Cəfərov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul oluqlarını etiraf ediblər.