Dünya şöhrətli rejissor Stiven Spilberq ukraynalı qaçqınlara yardım edəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, rejissor həyat yoldaşı, aktrisa Keyt Kepşou ilə birgə Ukraynadan olan qaçqınların ehtiyaclarını qarşılamaq üçün humanitar yardım olaraq bir milyon dollar (təxminən 1,7 milyon manat) məbləğində ianə edib.

Onlar xeyriyyə fondları "Hearthland Foundation" vasitəsilə Ukraynada və qonşu ölkələrdə qaçqın qəbul edən bir neçə təşkilata pul ayırıblar.