Türkiyəli aktrisa Dilan Deniz Çiçəyin rol alacağı yeni layihə bəlli olub.

"Unikal" xəbər verir ki, aktrisa "Kiracı" adlı yeni serialda baş rolu ifa edəcək. Ekran işinin rejissor kürsüsündə Yusuf Pirhasan əyləşəcək. Layihənin ssenaristi isə Nermin Yıldırımdır. Serial iyunda "Fox TV"də yayımlanacaq. Dilanın hansı obraza həyat verəcəyi və digər aktyorların kimliyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Dilan sonuncu dəfə "Gidenler" filmində obyektiv qarşısına keçib. O, islandiyalı rejissor Thor Saevarssonla nişanlıdır.