Müğənni Roza Zərgərli "10-da görüşək" proqramına qonaq olub.

"Unikal" xəbər verir ki, müğənni verilişdə yenidən ailə qurmasından söhbət  açıb.  Onun sözlərinə  görə,  8 illik pərəstişkarından evlilik təklifi alıb:

"Namizədlər çoxdur. 13 namizəd var, qəlbim seçir, parametrlərim yoxdur. İçərisindən birini seçmişəm. Ondan heç yoxdur. Az qalıb, ailə quracağıq. Təmtəraqlı toy qarşı tərəfdən asılıdır. 8 ildir mənim pərəstişkarım imiş. Bir ildir tanışıq. 6 aydır münasibətimiz haqda qərar vermişik".