Rusiya vətəndaşı olan dünya şöhrətli fransız aktyor Jerar Depardye İstanbulda yaşamağa qərar verib.  

"Unikal" xəbər verir ki, o, bu barədə KİV-lərdən birinə açıqlamasında deyib. 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən 73 yaşlı aktyor bildirib ki, indi ölkəsində daha az yaşamaq, İstanbul və Dubayda vaxt keçirmək istəyir.

Həmçinin Depardye bundan sonra yaxtaya çevrilmiş balıqçı gəmisində yaşayacaq.

İki böyük balıqçı gəmisi aldığını bildirən məşhur ulduz, “Biri Dubaydadır, İstanbulda ton balığı ovu üçün istifadə edilən gəmimi mənzilə çevirdim”, - deyib.

Film çəkmək üçün Fransaya gedəcəyini bildirən Depardye Parisdəki üzüm bağlarını və evini də satışa çıxardığını qeyd edib. 

Gülayə Mecid