Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup əməkdaşı Eskişehir Anadolu Universitetinin akademik və inzibati heyətinin fəaliyyətini şərtləndirən idarəetmə sistemi ilə tanış olublar. 

"Unikal" xəbər verir ki, Anadolu Universitetinin Turizm fakültəsinin dekanı Prof. Oktay Emir və adıkeçən fakültənin Erasmus+ proqramıı üzrə  koordinatoru və müəllimi Dr. Engin Bayraktaroğlu, Beynəlxalq şöbənin məsul əməkdaşı Lili Feng ilə görüşən ATMU əməkdaşları onlayn təhsil və mümkün əməkdaşlığın genişləndirməsi istiqamətində fikir mübadiləsi aparıblar. 

ATMU-nun Keyfiyyət təminatı şöbəsinin Keyfiyyətin Planlaşdırılması və inkişafı bölməsinin rəhbəri Şirməmməd Məmmədov söhbət əsnasında Anadolu Universitetinin Turizm fakültəsinin əsas faəliyyət istiqamətləri ilə – kurikkulum üzrə turizm menecerləri və bələdçilər üçün təlimin təşkili, qastronomiya və kulinariya mütəxəssislərinin hazırlanması, tələbələrin peşəkar vərdişlərə yiyələnməsi, fakültə laboratoriyalarının və tətbiqi dərslərin formatı, o cümlədən təcrübə kitabçası, qiymətləndirmə və hesabat formaları ilə əyani tanışlıqdan məmnunluğunu bildirdi. 

Erasmus+Heyət Hərəkətlilik Proqramı çərçivəsində Türkiyəyə səfər edən Biznes İdarəçiliyi fakültəsinin dekan müavini İlahə Əliyeva Azərbaycan Turizm və Menecment Universiteti və Türkiyənin Anadolu Universitetinin uyğun fəaliyyətini ehtiva edən idarəetmə prosesi, infrastruktur və mövcud təcrübələrə dair irəli sürülən  təkliflərin şübhəsiz reallaşacağını dedi. Universitetin digər əməkdaşı - Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İncə Əliyeva isə “hər iki ali təhsil müəssisəsində beynəlmiləlləşdirmə strategiyası” adlı təqdimatında mövcud çətinliklər və  gözlənilən üstünlüklərdən bəhs edib.