Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısına yeni adlar daxil edib.

"Unikal" xəbər verir ki, bu dəfə siyahıya Rusiya media şirkətlərinin əməkdaşlarının adları da əlavə olunub.

Belə ki, "Birinci kanal"ın baş prodüseri Konstantin Ernst, “Vaxt göstərəcək” verilişinin aparıcısı Artem Şeynin sanksiya qurbanı olub.