Rusiya-Ukrayna müharibəsi dünya gündəmini zəbt etməkdə davam edir. Ukraynanın işğalına göstəriş verən Rusiya prezidenti Putin öz ölkəsindən, xüsusən də dünya ölkələrindən böyük tənqidlər alır.

"Unikal" xəbər verir ki, belə tənqidlərdən biri də rusiyalı model Qretta Vedlerdən gəlib. O, ötən il sosial şəbəkə hesabından Putini “psix” adlandırıb. Qısa zamanda ölkə gündəmini zəbt edən paylaşım müzakirə mövzusuna çevrilib.  Daha sonra gənc model müəmmalı şəkildə yoxa çıxıb. Vedlerin itkin düşməsi barədə xəbəri sevgilisi Dmitri Korovin verib.

Aparılan axtarışlar zamanı model Lipetskdən 482 kilometr aralıda meşəlik ərazidə ölü tapılıb. 23 yaşlı Qrettenin cansız bədəni  çamadana yerləşdirilərək,  meşəlik əraziyə atılıb. 

Onun kim və  ya kimlər tərəfindən öldürüldüyü məlum deyil. Modelin cəsədi tibbi-ekspertizaya göndərilib. 

Polislər modelin ölümünün onun Putinə dediyi sözlərlə bağlı olduğunu düşünürlər.