Mahsun Kırmızıgülün gənc qadınla səmimi görüntüləri ortaya çıxıb.

"Unikal" xəbər verir ki, 52  yaşlı müğənninin evdə bir qadınla qucaqlaşan fotosu sosial mediada gündəm yaradıb. Bununla yanaşı gənc qadın Kırmızıgülü dizinə qoyub saçlarını sığalladığı anı video çəkərək paylaşıb.Kırmızıgülün gənc qadınla görüntüləriqısa müddətdə sosial mediadan silinsə də, tərəflərdən hələlik heç bir açıqlama gəlməyib. Müğənninin həyat yoldaşını aldatdığı iddia edilib.

Bildirək ki, rejissor və müğənni olan Mahsun Kırmızıgül 2016-cı ildə vəkil Ece Binayla ailə həyatı qurub.