Müğənni Elşad Qarayev "1 dəqiqə" proqramına qonaq olub. 

"Unikal"  xəbər verir  ki,  o, verilişdə oğlu Rəvan Qarayevin ikinci həyat yoldaşını evdən qovması ilə bağlı xəbərlərə "Elə şey olmaylb. İstəmirəm o haqda danışaq. Amma Rəvan bundan sonra ailə qursa mən icazəsini verəcəm. Özü seçəcək, mən razılıq verəcəm. Bundan əvvəl nə qədər oldu, mənim məsləhətimlə olmadı", - cavabını verib. 

Rəvan isə atasına bu haqda çox danışmağa imkan verməyib. O bildirib ki, ikinci xanımı ilə hazırda yaxşı münasibətdədir və övladını tez-tez görür. 

Bildirək ki, Rəvan Qarayev ikinci həyat yoldaşı Günayla 2017-ci ildə ayrılıb.Müğənninin birinci evliliyindən bir qız, ikinci nikahından da bir qız övladı var.