"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Mask 7-ci dəfə ata olub. 

"Unikal" xəbər verir ki, bu barədə onun keçmiş sevgilisi müğənni Qrayms mətbuata verdiyi açıqlamasında Maskla qızlarının olduğunu bildirib. Kanadalı müğənninin sözlərinə görə, körpənin adı Exa Dark Siderel Maskdır və o, surroqat ana vasitəsilə dünyaya gəlib.

Bildirək ki, cütlük ötən ilin sentyabrında ayrılıb. Həmçinin Maskın müğənnidən X Æ A-Xii adlı bir oğlu da var.

Ümumilikdə 50 yaşlı İlon 7 uşaq atasıdır. Onun birinci həyat yoldaşı, kanadalı yazıçı Castin Maskdan daha beş oğlu var.