SSRİ Xalq artisti Alla Puqaçova Rusiyanın Ukraynaya hücumundan sonra ölkəni tərk etməsi xəbərləri yayılıb. 

"Unikal"  xəbər verir ki, sözügedən iddialara cavab olaraq müğənni  sosial media hesabından açıqlama yayıb.  

O bildirib ki, hazırda istirahətdədir:

"Tətil, istirahət və müalicə ölkədən köçmək hesab edilmir. Qayıdacam, danışarıq", - deyə, Puqaçova açıqlamasında bildirib.

Qeyd edək ki, Alla həyat yoldaşı Maksim Qalkin və övladları ilə birlikdə Latviyaya gedib. Onların oradan Mayamiyə yollanacağı bildirilib.