Qazaxda qaz sızması partlayışa səbəb olub.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.1950-ci il təvəllüdlü P.Vəliyev və onun nəvəsi 2008-ci il təvəllüdlü E.Vəliyev  yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, baba və nəvə evdə qaz sızması zaman partlayışdan xəsarət alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov