Özbəkistanda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Daşkənd metrosundan 415 nəfəri təxliyə ediblər.

"Unikal" xəbər verir ki, təxliyəyə səbəb şəhərdə elektrik enerjisinin kəsilməsi olub. 

Bundan əvvəl Özbəkistanın Energetika Nazirliyi Bakı vaxtı ilə saat 10-da ölkənin bir sıra regionlarında elektrik enerjisinin verilişində fasilələr yarandığını bildirmişdi. Daha sonra idarədən aydınlıq gətirilib ki, elektrik enerjisinin verilişinin mərhələli bərpasına başlanılıb. Lakin Daşkənd metrosu hələ də fəaliyyətini bərpa etməyib. Qazaxıstanın elektrik şəbəkələrinin idarə olunması operatoru KEGOC-un mətbuat xidmətinin məlumatına görə, bir sıra Mərkəzi Asiya ölkələrinə də təsir edən elektrik təchizatı sistemindəki qəza Qazaxıstanda tranzit xəttinin həddindən artıq yüklənməsi nəticəsində baş verib .

Ağarza Elçinoğlu