Türkiyənin məşhur aktyoru Ayberk Pekcan dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə “Star” məlumat yayıb.

Onun ağciyər xərçəngindən əziyyət çəkdiyi bildirilir.

Aktyor bu gün Mersin şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Ayberk Pekcan “İhlamurlar Altında”, “Yaprak Dökümü”, “Kurtlar Vadisi” və “Keşanlı Ali Destanı” seriallarında oynayıb. 2010-cu ildə baş rolda oynadığı “Saçlar” bədii filmi milli və beynəlxalq kinofestivallarda mükafatlar alıb.