“Rabitəbank”-ın İdarə Heyətində dəyişiklik olub.

"Unikal"-ın əldə etdiyi məlumata görə, Orhan Gültekin “Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini olaraq təyin olunub.

Qeyd edək ki, buna qədər Orhan Gültekin 06 mart 2018-ci il tarixindən Rabitəbankda İdarə Heyəti Sədrinin müavini (Satış üzrə) vəzifəsini icra edirdi. 

Gültekin Orhan Rifat oğlu 06 may 1970-ci ildə Türkiyənin Bursa şəhərində anadan olmuşdur.
1987-1991-cı illərdə Türkiyənin Hacettepe Universitetində Menecment ixtisası üzrə bakalavr təhsili almışdır.

Orhan Gültekin 1993-cü ildə “Garanti” bankda öz karyerasını auditor olaraq başlatmış, daha sonra 1997-2001-ci illərdə “Koçbank”-da Satış üzrə müxtəlif idarəedici vəzifələrində;
2001-2012-ci illərdə “Yapı Kredi Bank - Türkiyə’’də satış üzrə Regional Direktor və İcraçı vitse-prezident vəzifələrində çalışmışdır.

2012-2015-ci illərdə ‘’Yapı Kredi Bank – Azərbaycan’’da Baş Direktor (satış üzrə) olaraq fəaliyyət göstərmişdir.