Almaniyanın Heydelberq Universitetində atışma baş verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Atışma universitetin mühazirə zalında qeydə alınıb

Atışmanı törədən şəxs zərərsizləşdirilib. Polis insindentin digər təfərrüatlarını açıqlamayıb.

Hazırda universitetin ətrafı polis tərəfindən əhatəyə alınıb. Araşdırmalar davam etdirilir.