Yasamal rayonu, Murtuza Muxtarov 50 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçinin iştirakı ilə Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb. 

Xidmət rəsmisi Vaqif Cavadov "Unikal"a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 5 ağacın kəsildiyi müəyyən edilib.

“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək  üçün Yasamal Rayon Polis Şöbəsi ilə birgə araşdırma aparılır”.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə məlumat verən media və ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.