"Ukraynada gərginlik ABŞ və NATO-nun informasiya sahəsindəki davranışları səbəbindən artır".

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov ABŞ Dövlət Departamentinin Kiyevdəki səfirliyin bəzi əməkdaşlarını təxliyə etməsinin Ukraynada gərginliyi artırıb-atmayacağı sualına cavabında deyib.

“NATO-nun Şərqi Avropadakı qüvvələrini artıracağı, qüvvə və texnikasını bura yerləşdirəcəyi ilə bağlı bəyanatlarını görürük. Bunların hamısı NATO və ABŞ-ın etdikləri, onların yaydıqları məlumatlara görə baş verir”, - Peskov bildirib.