Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Elşən Kazımov vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, E.Kazımov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.