Kristine Qriqoryan Ermənistanın yeni ombudsmanı seçilib.

"Unikal" “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, parlamentdə onun lehinə 68 deputat səs verib, əleyhinə çıxan olmayıb.

Seçkilər rəqabətsiz keçib. Belə ki, K.Qriqoryan ombusdman vəzifəsinə hakim partiyanın təklif etdiyi yeganə namizəd olub.

O, fevralın 23-dən – Arman Tatoyanın səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsinin icrasına başlayacaq.