Azərbaycanda "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən sahibkarlıq subyektlərinin sayı açıqlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Xarici Ticarət İştirakçıları ilə İş şöbəsinin rəisi Mahmud Nuriyev məlumat verib. 

O bildirib ki, Azərbaycanda 266 sahibkarlıq subyekti ixrac əməliyyatlarını, 491-i isə idxal əməliyyatlarını "Yaşıl dəhliz" vasitəsilə həyata keçirir.

 Anar Kəlbiyev