Laçın rayon sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini İdris Ələkbərovdan müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.