Avstraliya Baş naziri Skott Morrisonun Viçat hesabı hakerlər tərəfindən ələ keçirilib.

"Unikal" xarici  KİV-ə istinadən xəbər  verir kiŞ hakerlər hesabın adını “Australian Chinese New Life” adlandırıblar və onun məzmununu “Çin üçün Avstraliyada həyat haqqında məlumatların verilməsi” kimi təqdim ediblər.

Ölkə parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komissiyasının sədri Ceyms Paterson bunun Çin hakimiyyətinin işi olduğuna əmin olduğunu bildirib.