“Ötən il Azərbaycanda 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb”.

"Unikal"ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib.

O deyib ki, bu hadisə ilə bağlı 81 cinayət işi açılıb, 6 nəfər iş üzrə təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib, 5-nin işi isə məhkəməyə göndərilib.