Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

"Unikal"-ın məlumatına görə hadisə şəhərin Fərhad Əliyev küçəsində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü G.Əliyeva  və onun övladları 2015-ci il təvəllüdlü S.Əlizadə , 2018 -ci il təvəllüdlü S.Əlizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal hər üç xəstəyə lazımı tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə. ana və övladları yaşadığı evdə dəm qazından zəhərlənib.

Tural Əhmədov