Türkiyədə futbolçular arasında kütləvi dava düşüb.

"Unikal" xəbər verir ki, hadisə İstanbulda meydana gəldi.
Şəhərin Həvəskarlar Super Liqasındakı insident zamanı tərəfdarların döyüşə qarışması ilə futubol sahəsi döyüş meydanına çevrilib. 

Çevik polis dəstəsi hadisəyə müdaxilə edərək davaya son qoyub.

Meydanda və meydandan kənarda baş verən hadisələrdə dörd futbolçu yaralanaraq xəstəxanaya yerləşdirilib. Zədəli futbolçulardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.