Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022" turnirində final görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 68 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda fransalı Alizye Ajye ilə qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə uduzan ikiqat dünya və Avropa çempionu gümüş medalla kifayətlənib.

Qeyd edək ki, İrina Zaretska İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ilin idmançısı seçilib.