ABŞ-ın Hərbi Dəniz Qüvvələri İrandan yola düşən gəmini ələ Omanda keçirib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 18-də qeydə alınıb.

Məlumata görə, gəmi Yəmənin şimalında husilərə partlayıcı maddələrin istehsalında istifadə olunan 40 ton karbamit gübrəsi daşıyıb.

Gəmi mütəmadi istifadə olunan marşrutla hərəkət edib.