Səudiyyə Ərəbistanının dəstəklədiyi ərəb koalisiyası Yəmənin şimalındakı həbsxanaya hava zərbəsi endirib.

"Unikal" “Haber Global”a istinadən xəbər verir ki, koalisiya qüvvələri husilərin nəzarətində olan Saada şəhərinə hava hücumu zamanı müvəqqəti saxlama mərkəzini hədəfə alıb.

İlkin məlumatlara görə, hücum nəticəsində 70 nəfər ölüb, daha 138 insan yaralanıb. Yaralılar Əl-Cumhuriyə Xəstəxanasına aparılıb.

Yəməndə 2014-cü ilin avqust ayından hökumət qüvvələri ilə husilərin silahlı qrupları arasında qarşıdurma davam edir.