ABŞ dövlət katibi Antoni Blinken ikisi parlament üzvü olmaqla, Ukraynada Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etdiyi iddia edilən dörd ukraynalını sanksiya siyahısına saldıqlarını açıqlayıb.

"Unikal" xəbər verir  ki,  Blinken bu  barədə  yazılı açıqlama yayıb. 

“Ukraynaya mümkün müdaxilədən əvvəl Rusiya kəşfiyyat xidmətləri, ilk növbədə, ABŞ-ın sanksiyalar siyahısında olan Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məxfi məlumatların əldə edilməsi üçün əsas vəzifələrdə olan Ukrayna vətəndaşları ilə işləyir”.

FSB-nin Ukraynada qeyri-sabitlik yaratmaq üçün bu məmurlardan istifadə etdiyini iddia edən Blinken, ABŞ-ın Kiyev administrasiyası ilə sıx koordinasiyada təsir əməliyyatlarının qarşısını almaq üçün onları müəyyən etməyə, ifşa etməyə və onlara pul ödəməyə çalışdığını bildirib.

Sanksiya siyahısında olan 4 nəfərdən ikisinin Ukrayna parlamentinin üzvü olduğunu bildirən Blinken, bu dörd nəfərin deputatlar Taras Kozak və Oleh Voloşin, Viladimir Oliynik və Vladimir Sivkoviç olduğunu bildirib. 

Gülayə  Mecid