Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı minik maşını yolu keçmək istəyən Qalib Aslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə zərərçəkən 11 saylı xətt üzrə işləyən marşrut avtobus sürücüsüdür. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.