Türkiyə parlamentinin sədri Mustafa Şentop 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

"Unikal" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri bu barədə "Twitter"də paylaşım edib.

“Qardaş Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərini hörmət və rəhmətlə yad edirəm. 20 Yanvar qəhrəmanlarının əziz xatirələri xalqımızın qəlbində, yaddaşında əbədi qalacaqdır’, - deyə paylaşımda qeyd olunub.