Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, içərisində 5 ədəd soyuducu, 1 ədəd kondisioner və ərzaq malları yanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.