İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Unikal"-a verilən məlumata görə, hazırda yağıntı davam edir.
Qeyd edilib ki, Qəbələ rayonu ərazisində yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.