"20 Yanvar xalqımızın azadlıq və dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir".

"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdəki hesabında yazıb.

"Şəhidlərimizi ehtiramla yad edirik", - deyə nazir əlavə edib.

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 32 il ötür.