Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonundan keçən neft boru kəmərində irimiqyaslı partlayış baş verib.

"Unikal" xəbər verir ki, partlayış sonrası yaranan şiddətli yanğın səbəbindən Qaziantep-Kahramanmaraş yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə böyük panikaya səbəb olub. Hazırda ərazidə müvafiq xidmətlər yanğının söndürülməsinə çalışır.

İnsidentin səbəbləri barədə məlumat verilmir.