Xəbər verdiyimiz kimi, ötən gün sosial mediada və xəbər saytlarında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntü yayımlanıb. Bu gün həmin tərbiyəçi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, döyülməyə məruz qalan uşağın anası Gülnarə Mirzəliyeva İsmayıllı Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləyir.

Qeyd edək ki, Z.Baxışova körpənin anasının xalasıdır. Buna görə də azyaşlının ailəsi tərbiyəçidən şikayətçi olmayıb.

Anar Kəlbiyev