Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayonunun Əzizli kəndində 1979-cu il təvəllüdlü Ramiz Sultanov 1956-cı il təvəllüdlü anası Səmən Sultanovanı balta ilə qətlə yetirib.

"Unikal"ın əldə etdiyi məlumata görə, qətli törədən R.Sultanov ruhi xəstədir. O, qətli anası xəmir yoğurarkən törədib. Ramiz Sultanovun bacısı da bir neçə il öncə Quba rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirilib. 

Ramiz Sultanovun qardaşı da psixi xəstəlikdən əziyyət çəkir. Onların atası isə müəllim olub və bir neçə il öncə vəfat edib.

Murad İbrahimli