Rusiya Prezidenti Vladimir Putin fevralın 4-ü Çinə səfər edəcək.

"Unikal"  xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Putin Olimpiya Oyunlarının açılışı günü Pekinə səfər edəcək.