Səyyad Adil oğlu Salahlı (Səyyad Aran) “Şöhrət” ordeni ilə təltif edilib.

"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Aran Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədrinin birinci müavinidir.