"Uşağı uşaq kimi başa salmaq lazımdır. Uşaqları vurmaq olmaz".

Bunu "Unikal"a açıqlamasında tanınmış ictimai xadim Rəşid Mahmudov deyib. O, bildirib ki, döyməklə insan ağıllanmır:

"Həyatda olan adamların 60%-i normal adamlar deyillər. Hamısı psixologiyası dəyişmiş insanlardır. Onlar psixoloq yanına getməlidirlər ki, problemləri həll olunsun".

R.Mahmudov uşağın valideynlərinin onu vuran qadından şikayətçi olmamaları məsələsinə də münasibət bildirib:

"Valideyn şikayət etməməklə düz edir. Nə şikayət eləsin? Məgər, Azərbaycanın təkcə problemi uşağın döyülməsidir? Başqa problemlər çoxdur. Onlarla məşğul olmaq lazımdır".

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntü yayımlanıb. Körpəni vuran şəxsin onun anasının xalası olduğu məlum olub. Buna görə də valideynlər şikayətçi olmayıb.

Murad İbrahimli