Vəhşi təbiət öz vəhşiliyi ilə tez-tez gündəmə gəlir. Ancaq bu dəfə bir aslanın antilop balasına şəfqəti gündəm olub. Afrika qitəsində qeydə alındığı bildirilən görüntülər qısa müddətdə böyük təsir bağışlayıb.

"Unikal" xəbər verir ki, şir sürüdən ayrılmış antilop balasını himayəsi altına alaraq öz sürüsünə qaytarıb. Bu görüntüləri izləyənlər göz yaşlarını saxlaya bilmədiklərini bildiriblər.