"Barselona" Yusuf Demirlə yolları ayırıb.

"Unikal" xəbər verir ki, Kataloniya klubu "Rapid"dən icarəyə götürdüyü 18 yaşlı türk əsilli avstriyalı futbolçunun müqaviləsinə xitam verib.

Qeyd edək ki, adıçəkilən oyunçu bu mövsüm "Barselona" formasıyla 9 matçda meydana çıxmışdı.