Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında görüşü keçiriləcək.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Onlayn konfrans yanvarın 10-na təyin edilib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.