Türkiyəli aktyor Onur Tuna koronavirusa yoluxub.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən aktyorun baş rollardan birini canlandırdığı "Mahkum" serialının çəkilişləri dayandırılıb. Çəkiliş heyətindən götürülən testlərin nəticələrinə görə, aktyor Muharrem Türksevendə də COVID-19 aşkarlanıb.

Qeyd edək ki, layihədə digər baş rolları aktyorlar Seray Kaya və Melike İpek Yalova paylaşır.