Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb.

Nazirlər Kabinetindən "Unikal"a verilən məlumata görə, söhbət zamanı Azərbaycan–Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.